bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

DYP-dən Sumqayıtda üç nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbləri ilə bağlı AÇIQLAMA

21-02-2022, 08:26 31 dəfə baxılıb

DYP-dən Sumqayıtda üç nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbləri ilə bağlı AÇIQLAMA
Dövlət Yol Polisi İdarəsi ötən həftə Sumqayıtda üç nəfərin ölümü ilə nəticələnən yol qəzasının ilkin səbəbini açıqlayıb.

İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev “Report”a bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır:

“Düzdür, Bakı - Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu, bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir."

“Həmin qəzada bir sıra digər amillər də var. Belə ki, qəzaya düşən şəxslərin yaxınları vəfat etdiyi üçün tələsik yola çıxıblar. Ailənin vəziyyəti, həm stress və həyacan, həm də yüksək sürət həddi qəzanın baş verməsinə təsir göstərib. Təhlükəsizlik kəmərinin taxılmaması da hadisənin nəticəsini ağırlaşdırıb. Təbii ki, bunlar hamısı ilkin ehtimallardır, hadisə ilə bağlı hələ istintaq gedir. Yol polisi dəfələrlə sürücülərə müraciət edərək mənzil başına tez yox, sağ-salamat çatmaq üçün qaydalara riayət etməyə çağırıb. Bir daha bildiririk ki, ilk növbədə özümüzün və yaxınlarımızın həyatını düşünərək addım atmalıyıq" – o vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü S.Əliyev və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən beş nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930