bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Cüdoçularımız açıq Avropa turnirini beş medalla başa vurublar

28-02-2022, 08:17 30 dəfə baxılıb

Cüdoçularımız açıq Avropa turnirini beş medalla başa vurublar
Cüdo üzrə Azərbaycan milli komandası Varşavada keçirilən açıq Avropa turnirini 5 medalla başa vurub.

Yarışın ikinci - sonuncu günündə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İmran Yusifov üçüncü yeri tutub. Bununla da komandamızın qazandığı medalların sayı beşə çatıb.

Yarısın birinci günündə Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

Qızıl medalları yığmamızın aktivinə Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) yazdırıblar. Gümüş medala İsmayıl İbrahimov (66 kq), bürünc medala isə Rövşən Əliyev (60 kq) sahib olublar.

Yarışa 13 idmançı ilə qatılan komandamız bu nəticə ilə 32 ölkə arasında üçüncü yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930