Lempard rusiyalı milyarderin sanksiyalara məruz qalmasına münasibət bildirdi
“Everton”un baş məşqçisi Frenk Lempard biznesmen Alişer Usmanova qarşı həyata keçirilən sanksiyaların onun komandasına təsir etmədiyini qeyd edib.
“Mən bu mövzuda heç kimlə danışmamışam, bu mənim komandama təsir etmədi. Heç bir narahatlığım yoxdur, amma vəziyyəti şərh etmək üçün kifayət qədər məlumatım yoxdur. Mən komanda daxilindəki vəziyyətə və burada gördüyüm işə diqqət etməliyəm”, - ingiltərəli mütəxəssis qeyd edib.
Qeyd edək ki, Almaniya hakimiyyəti sanksiyaya məruz qalmış rusiyalı oliqarx Alişer Usmanovun təxminən 600 milyon dollar dəyərində olan yaxtasını Hamburq limanında müsadirə edib.
Məlumatı “Forbes” dərc edib.
İş adamının adı fevralın 28-də Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar siyahısında olub.
Mənbə: Sky Sports