BMT: Ukraynada azı 474 mülki şəxs həlak olub
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığından (OHCHR) verilən yazılı açıqlamada Ukraynada fevralın 24-dən martın 7-si gecə yarısına qədər 474 mülki şəxsin həlak olduğu, 861 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Açıqlamada ölənlərdən 17-nin, yaralananlardan isə 30-nun uşaq olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, mülki əhali arasında tələfatların çoxu geniş təsir spektrinə malik partlayıcı silahların istifadəsi, o cümlədən ağır artilleriya və reaktiv yaylım atəşi sistemlərinin bombardmanları və hava zərbələri nəticəsində baş verib.
Mənbə: TRT