Latviyalı deputat Ukraynada döyüşməyə yollandı
Latviya Seyminin (parlamentinin) deputatı, qanunvericilik məclisində hüquq komissiyasına rəhbərlik edən Yuris Yuraşs Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə gedib.
Bu barədə Baltik Respublikasının ədliyyə naziri, eləcə də Ukraynaya gedən siyasətçinin üzvü olduğu Yeni Mühafizəkarlar Partiyasının lideri Yanis Bordans məlumat verib.
“Təsdiq edə bilərəm ki, Yuraşs könüllü olaraq Ukrayna ərazisini müdafiə etməyə gedib”, - deyə nazir bildirib. O, qeyd edib ki, bu qərarı partiya üzvü “yalnız şəxsi və mənəvi motivlər səbəbəindən” verib.
Yuraşsın deputat mandatını təhvil verib-verməyəcəyi hələ məlum deyil.
Çərşənbə axşamı o, Seymin hüquq komissiyasının iclasına məsafədən sədrlik edib.
Mənbə: TASS