Bakıda “Range Rover” piyadanı vuraraq öldürdü
Bakıda lüks avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini R.Qəniyev idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Güloğlan Mirzəyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis Şöbəsində araşdırma aparılır.