Paşinyan və Putin Qarabağı müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Liderlər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış müddəaların icrasına toxunublar.
Həmçinin, Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Paşinyanın apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri müzakirə edilib.
Mənbə: “Sputnik Armenia”