bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələr sabaha qədər bağlı olacaq

17-03-2022, 15:54 33 dəfə baxılıb

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələr sabaha qədər bağlı olacaq
Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bəzi yollar bağlanacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçəsinin Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Agentlik sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30