Ukraynalı nazir: “Bu günə qədər doqquz humanitar dəhliz razılaşdırılıb”
Ukraynada bu günə kimi doqquz humanitar dəhliz razılaşdırılıb.
Bu barədə Ukrayna Baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk videomüraciətində bildirib.
Onun sözlərinə görə, Donetsk vilayətində təxliyə Mariupoldan Zaporojye istiqamətində olacaq.
“Şəhərdən qaçmağa müvəffəq olmuş mariupolluları Berdyanskdan Zaporojyeyə aparacaqlar. Piyadalar üçün Manquş şəhərində yardım təşkil olunacaq”, - deyə ukraynalı nazir bildirib.
Sumı vilayətində təxliyə Sumıdan Poltava, həmçinin Trostyanets, Lebedin, Konotop, Krasnopolye və Velikaya Pisarevkadan Poltava istiqamətində aparılacaq.
Xarkov vilayətində bu gün humanitar yardımın Balakleya və İzyum şəhərlərinə çatdırılması planlaşdırılır.
Mənbə: UNİAN