İki yüzədək işsiz şəxs biznes sahibi oldu - FOTO
200-dək işsiz şəxsə mal və materiallar formasında aktivlər təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, aktivlər ƏƏSMN-in tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilib.
Verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb. Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 2 500-dən çox işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.