Ucarda DƏHŞƏT: Üç uşaq atası özünü evinin həyətindən asdı
Ucar rayon sakini intihar edib.
APA-nın xəbərinə görə, hadisə rayonun Qazyan kəndində baş verib.
Kənd sakini 44 yaşlı Xəqani Cavadov yaşadığı evin həyətində özünü asıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. X.Cavadovun üç övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.