bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukrayna ordusu RF qoşunlarını Kiyevdən şərqə sıxışdırıb

24-03-2022, 10:40 62 dəfə baxılıb

Ukrayna ordusu RF qoşunlarını Kiyevdən şərqə sıxışdırıb
Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Kiyevdən uzaqlaşdıra bilib.

CNN xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını Kiyevdən 25-35 km uzaqlaşdırmağa nail olublar.

“Rusiya qüvvələri Kiyevin mərkəzindən 55 km şərqdə yerləşir, bu dünən onların olduğu məkandan 25-35 km aralıdadır”, - Pentaqon rəsmisi deyib.

O qeyd edib ki, Rusiya qüvvələri Kiyevdən şimal-qərbdə səngər qazaraq müdafiə mövqeyi tutmağa çalışırlar.

“Biz görürük ki, onlar Kiyev ətrafında səngər qazdıqları görüntüsü yaradaraq daha çox Ukraynanın şərqindən hücum etməyə çalışırlar. Üstəlik Rusiya ordusu Donbasda, xüsusən Luqansk və Don vilayətlərində daha çox aktivləşib”, - o bildirib.

Mənbə: Unian






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30