bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sağlam ürək və beyin üçün vacib məhsullar hansılardır?

24-03-2022, 10:46 227 dəfə baxılıb

Sağlam ürək və beyin üçün vacib məhsullar hansılardır?
Alimlər bildirirlər ki, antioksidan flavonoidlər ürək və beyin sağlamlığını qoruyur. Bəs onların hansı məhsulların tərkibindədir?

Qaragilə, ispanaq və tünd şokolad flavonoidlərlə zəngin qidaların yalnız bir neçəsidir. Elmi araşdırmalara görə, bu maddələr xərçənglə mübarizə aparır, beyni sağlam saxlayır və ürək xəstəliklərinin inkişaf ehtimalını azaldır.

Üstəlik, bu cür maddələr qırışları hamarlamaq üçün də istifadə olunur.

Texas Texniki Universitetinin (ABŞ) qidalanma üzrə dosenti Kristina Petersenin sözlərinə görə, analoji effekt flavonoidlərin antioksidant olması və orqanizmə iltihab əleyhinə təsir göstərməsi sayəsində əldə edilir.

Antioksidanlar həmçinin yaşlanma əlamətləri ilə də mübarizə aparır.

Flavonoidlərin səviyyəsi qoz-fındıq, lobya, bəzi tərəvəz və meyvələrdə də yüksəkdir.

Petersenin qeyd etdiyi kimi, flavonoidlər bir çox qidalarda olur. Onların arasında hər cür giləmeyvə (albalı daxil olmaqla), alma, üzüm, yaşıl yarpaqlı tərəvəzlər (kələm, kahı, ispanaq), soğan, sarımsaq, soya, lobya, qara şokolad da var.

Bununla yanaşı, qırmızı şərab, yaşıl və qara çay da faydalı birləşmələrlə zəngindir.

Mənbə: ferra.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930