bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya Azərbaycanın daha bir saytını blokladı

28-03-2022, 19:23 41 dəfə baxılıb

Rusiya Azərbaycanın daha bir saytını blokladı
Baku.ws saytına Rusiya ərazisində blok qoyulub.

Bu qərar “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən qəbul edilib.

Artıq bir neçə gündür Baku.ws saytına daxil olmaq istəyən şəxslər Rusiya ərazisində qadağa ilə üzləşiblər.

Rusiya və Ukrayna arasında 24 fevral tarixində başlayan müharibədən bu yana sayt dəqiq, qərəzsiz və hər iki tərəfin təqdim etdiyi məlumatları dərc etməsinə baxmayaraq, Rusiya tərəfindən demokratiya və söz azadlığına zidd mövqe ilə rastlaşıb.

Qeyd edək ki, Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan və iki dildə (Azərbaycan və rus dillərində) fəaliyyət göstərən Baku.ws-ə qarşı “Roskomnadzor”un bu addımı qərəzli və qanunsuzdur.

Məlumat üçün bildirək ki, bu günə qədər Rusiya ərazisində Azərbaycanın “Oxu.Az”, “haqqın.az” və “minval.az” saytlarına da giriş məhdudlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031