Azərbaycanda 29 yaşlı qızın meyiti tapıldı
Mingəçevirdə yaşayış evində qadın meyiti aşkar edilib.
Publika.az xəbər verir ki, Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan 1993-cü il təvəllüdlü Əhmədova Aytəkin Əflatun qızı yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun meyitini yaxınları aşkar ediblər.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, A.Əhmədova 2019-cu ildən Mingəçevir Ruhi Əsəb Dispanserində qeydiyyatda olub.