Estoniya Rusiyanın 14 diplomatını ölkədən çıxarır
Estoniya Rusiyanın Narva şəhərindəki baş konsulluğunu bağlayır və Rusiyanın 14 diplomatını ölkədən çıxarır.
Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunub.
Artıq bununla əlaqədar Rusiya Federasiyasının Estoniyadakı səfiri Vladimir Lipaev Estoniyanın Xarici İşlər nazirliyinə çağırıb və ona diplomatik nota təqdim edilib.
Mənbə: RİA Novosti