“Ericsson” Rusiyada fəaliyyətini dayandırdı
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” Rusiyadakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə şirkətin internet saytındakı açıqlamasında deyilir.
“Son hadisələr və Avropa İttifaqının sanksiyaları fonunda şirkət Rusiyadakı müştəriləri ilə fəaliyyətini qeyri-müəyyən müddətə dayandıracaq”, - deyə bəyanatda deyilir.
Mətbuat xidməti qeyd edib ki, aktivlərin qiymətdən düşməsi və digər müstəsna xərclər halında “Ericsson” 0,9 milyard İsveç kronu (161,5 milyon manat) məbləğində ehtiyat hesabı açacaq, “Ericsson”un Rusiyadakı ofisinin əməkdaşları isə ödənişli məzuniyyətə göndəriləcək.