Kremldən İsveç və Finlandiyanın NATO-ya üzvlük planlarına reaksiya
“İsveç və Finlandiyanın NATO-ya daxil olmaq niyyəti Avropa regionuna təhlükəsizlik gətirməyəcək”.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Alyansın özü daha çox qarşıdurma üçün alətdir. Bu, sülh və sabitliyi təmin edən alyans deyil. Alyansın daha da genişlənməsi Avropa qitəsinə əlavə təhlükəsizlik gətirməyəcək”, - deyə D.Peskov qeyd edib.
Mənbə: Pravda