Rusiya XİN Ukraynada raket silahlarının yaradıla biləcəyini deyib
Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov Ukraynanın raket silahlarının yaradılması üçün ciddi elmi-istehsal bazası olduğunu açıqlayıb. Onun sözlərinə görə, uranın zənginləşdirilməsi və nüvə yanacağının təkrar emalı üçün obyektlərin yaradılması Ukrayna tərəfi üçün həlli mümkün olmayan məsələ deyil.
“Xarkov Fizika və Texnika İnstitutu Sovet nüvə proqramının təməlində dayanan və Sovet İttifaqının dağılmasına qədər bu çərçivədə aktiv fəaliyyət göstərən təşkilatlar sırasında idi”, – deyə Sıromolotov qeyd edib.
O hesab edir ki, bu təcrübədən qalan təkmilləşmiş biliklər və texnologiyalar Kiyevə raket silahları istehsalına başlamağa imkan verə bilər.
Bundan əvvəl Ukraynanın “Enerqoatom” şirkətinin rəhbəri Petr Kotin ölkədə yüksək zənginləşdirilmiş uranın 2012-ci ilə qədər saxlanıldığını etiraf etməklə nüvə materialının Xarkov Fizika və Texnika İnstitutunun və Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun elmi müəssisələrinin obyektlərində yerləşdirildiyini bildirmişdi. 2012-ci ilin martında isə bu, MAQATE-nin nəzarəti altında Rusiyaya verildi.
O da məlum olub ki, 2014-cü ildə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ölkədə nüvə silahlarının yaradılması ilə bağlı hazırlıq işlərinə öz töhfəsini verib.
Mənbə: Lenta.ru