Rusiyalı nazir müavini Azərbaycan səfiri ilə görüşdü
Aprelin 15-də Rusiya xarici işlər nazirinin müavini Anatoli Rudenko Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunu qəbul edib.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri, həmçinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə həmçinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin praktiki icrası ilə bağlı regional məsələlərin bir sıra aspektlərinə toxunulub.