Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub
Aprelin 22-də Qubadlının Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.
“Report”un Qərb bürosunun məlumatına görə, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüb.
Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.
Qeyd edək ki, B.Nəsibov ərazidə avtomobil yolunun çəkilişləri sahəsində çalışanlardan olub. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.