Neçə qazi Türkiyədə müalicə alır? - AÇIQLAMA
“YAŞAT” Fondunun maliyyə dəstəyi ilə indiyədək Vətən müharibəsi zamanı ağır yaralanan qazilərdən 167 nəfəri Türkiyədə müalicə alıb”.
Oxu.Az-ın məlumatına görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov bildirib.
Onun sözlərinə görə, 132 qazi ölkəyə qayıdıb:
“Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir. Mütəxəssislər nə zaman qərar versələr ölkəmizə qayıdacaqlar”.
“Heç bir qazinin Türkiyədə müalicəsi yarımçıq qalmayıb. Mütəxəssislər rəy verən zaman onlar Azərbaycana qayıdır və burada müalicələrini davam etdirirlər”, - deyə o qeyd edib.