Məktəbdə işləyən 34 yaşlı qadın intihar etdi
Siyəzən rayonunda intihar hadisəsi baş verib.
“Kriminalqafqaz”ın məlumatına görə, Siyəzən şəhəri Sabir küçəsində yaşayan, 1988-ci il təvəllüdlü E.Hüseynova özünü asaraq intihar edib.
Bildirilib ki, intihar edən qadın Siyəzəndəki 4 saylı orta məktəbin laborantı vəzifəsində çalışıb.
Son vaxtlar onda psixoloji pozuntuların yarandığı qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.