bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Yeni Klinika”nın sabiq direktorunun cəzası azaldıldı

28-04-2022, 10:00 67 dəfə baxılıb

“Yeni Klinika”nın sabiq direktorunun cəzası azaldıldı
“Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə prosesi başa çatıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq olunaraq Pərviz Abbasovun cəzası 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin cəzaları isə 5 ilə endirilib.

Məhkəmədə çıxış edən Pərviz Abbasov və digərləri qərardan narazı qaldıqlarını deyiblər. Pərviz Abbasov bir daha özünü təqsirli bilmədiyini deyib. O, nə vaxtsa bəraət alacağına əmin olduğunu qeyd edib.

Xatırladaq ki, ittiham olunan şəxslər Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub. Təqsirləndirilən digər şəxslər - “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası, “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930