bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda körpəsini həyətə tullayan şəxs HƏBS OLUNUB

28-04-2022, 10:00 185 dəfə baxılıb

Bakıda körpəsini həyətə tullayan şəxs HƏBS OLUNUB
Yasamal Rayon Məhkəməsi qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Ağakərimovla bağlı qərar elan edib.

Bu barədə “Report”a onun vəkili Toğrul Şiriyev məlumat verib.

O bildirib ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib və S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, S.Ağakərimov 1 yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanılıb, istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30