Azərbaycanda zəlzələ oldu
Goranboyda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Gəncə stansiyasından 40 km cənub-şərqdə Goranboy rayonunda qeydə alınıb. Təbii hadisə 3 maqnitudada baş verib, zəlzələ ocağı 17 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.