Azərbaycan məscidlərində bayram namazı qılındı
Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.
Bakının əsas məscidlərindən biri sayılan Əjdərbəy məscidində bayram namazı saat 9:00-da, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin iştirakı ilə qılınıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.
Qeyd edək ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da qılınıb, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.