bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb – FOTO

3-05-2022, 10:32 41 dəfə baxılıb

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb – FOTO



Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil yol- nəqliyyatı hadisəsi törədib.

APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

İşıqforla tənzimlənən yol kəsişməsində Ramil Əsgərov idarə etdiyi "Mersedes” markalı avtomobillə Azadlıq prospektində hərəkətdə olan zaman "Daewoo” markalı minik avtomobilin sürücüsü Salatın Əsgərova küçəsində işıqforun qırmızı işığın tələbini pozaraq hərəkətə davam edib. Nəticədə avtomobillər toqquşub. Bunu APA-ya R.Əsgərov bildirib.

Qəza nəticəsində "Daewoo” aşaraq əvvəlcə işıqforu sonra isə yol kənarındakı dəmir arakəsməni sıradan çıxardıb. Hər 2 avtomobilin sürücüsü və "Daewoo”da olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti ağır olan 2 nəfər təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30