bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğan: “Savaşda olduğu kimi, sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik”

28-05-2022, 21:22 187 dəfə baxılıb

Ərdoğan: “Savaşda olduğu kimi, sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik”


“Savaşda olduğu kimi, sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik”.

APA-nın məlumatına görə, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, daimi sülhün təmini istiqamətində Azərbaycan Prezidentinin təşəbbüslərini dəstəkləyirlər:

“Qarabağın hava qapısını qardaşım İlham Əliyevlə birlikdə açmışdıq. Qarşıda Zəngilan Hava Limanı, Ağdam və Araz sənaye zonaları var. Qardaşımızın dediyi kimi, bölgəmizdə yeni bir səhifənin açılmasının zamanı gəlib. Bu hədəflərin həyata keçirilməsi üçün Azərbaycanla koordinasiyanı davam etdirəcəyik. Mövlam yolumuzu açıq etsin. “TEKNOFEST Azərbaycan”ın qardaş ölkəyə faydalı olmasını bir daha arzu edirəm. Əməyi keçən hər kəsə təşəkkürümü çatdırıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30