Atatürk Hava Limanının ərazisində nəhəng park salınacaq - FOTO
Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Beynəlxalq Hava Limanının ərazisində salınacaq “Millət Bağçası” adlı parkda 5 milyon 61 min kvadratmetr sahədə 145 min 300 ağac əkiləcək.
Türkiyə mətbuatı yazır ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Beynəlxalq Hava Limanında keçiriləcək mərasimdə Türkiyənin ən böyük milli bağının ilk tingləri əkiləcək.
Bundan əlavə, nəhəng parkda 2 min nəfərlik tutumu olan idman meydançası da inşa ediləcək.
İdman meydançasında 300 nəfər eyni anda idman edə biləcək.