Azərbaycan millisinin qapıçısına Buffonun forması hədiyyə edildi
Azərbaycan millisinin və "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevə İtaliya yığmasının sabiq qapıçısı, "Parma”nın kapitanı Canluici Buffonun forması hədiyyə olunub.
Oxu.Az-ın xəbərinə görə, formanı ona vaxtı ilə "Napoli”, "İnter” və "Parma” kimi klublarda hücumçu kimi çıxış etmiş, hazırda Azərbaycan millisinin məşqçilərindən biri olan Benito Karbone bağışlayıb.
Karbone Dağıstan əsilli qapıçının təşəkkürünə: "Sən buna layiqsən, Şa. Güclü, ən yaxşı qapıçısan”, – deyə cavab verib.