Qaxda qaydalara riayət etməyən sürücülər barəsində inzibati tədbir görülüb - FOTO
Qaxda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbir keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, hərəkətin intensiv olduğu yollarda dayanma-durma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunub və onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.