bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dövlət Agentliyi özünü qazi kimi təqdim edən şəxsi İFŞA ETDİ - FOTO

8-06-2022, 22:41 34 dəfə baxılıb

Dövlət Agentliyi özünü qazi kimi təqdim edən şəxsi İFŞA ETDİ - FOTO
“Sosial şəbəkədə özünü qazi kimi təqdim edən, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 16, mənzil 7 ünvanında yaşayan Hümbətov Dayandur Elçin oğlu Vətən müharibəsində iştirak etməyib”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev bildirib.

O deyib ki, saxtakarlığa yol verərək ictimaiyyətə özünü müharibə iştirakçısı kimi təqdim etməklə diqqəti öz çıxışına yönəltmək və bununla da qazi kimi şərəfli adı ləkələmək cəhdləri yolverilməzdir:

“Dayandur Hümbətov dəfələrlə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon xidmət şöbəsinə yaxınlaşaraq, qeyri-etik formada, vətəndaş qəbulu qaydalarını pozaraq müraciət edib. Əsas istəyi ictimai işlər proqramına qoşulmaq, sosial işçi kimi işlə təmin olunmaq olub. Ona işlə təmin olunmaq üçün qeydiyyatda olduğu və vakansiya yarandığı halda işlə təmin olunacağı bildirilib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930