bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vətəndaşların DİQQƏTİNƏ: Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən dələduz peyda oldu - FOTO

25-04-2022, 16:30 50 dəfə baxılıb

Vətəndaşların DİQQƏTİNƏ: Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən dələduz peyda oldu - FOTO
Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və qurumun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edib.

Həmin şəxs Nizami rayonu R.Rüstəmov 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı “Azərsu” ASC-nin Nizami rayon Sukanal İdarəsinə müraciət edib.

İdarənin əməkdaşları hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Vətəndaşların diqqətinə çatdırılıb ki, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü “Azərsu” ASC-nin işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

Abonentlərdən xahiş olunub ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30