bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hakim Ramin Qaraqurbanlı təltif olundu - FOTO

13-06-2022, 11:12 117 dəfə baxılıb

Hakim Ramin Qaraqurbanlı təltif olundu - FOTO
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qaraqurbanlı Şotlandiyada Qlazko şəhərində icra məmurlarının ixtisaslaşmış təşkilatı olan - İcra Məmurlarının Beynəlxalq İttifaqının (International Union of Judicial Officers (UINJ) Bürosunun iclasında həmin qurumun ali mükafatı olan medalla təltif olunub.

Bu barədə Bakı Apellyasiya Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, 1952-ci ildə Belçika, Fransa, Yunanıstan, İtaliya, Luksemburq, Hollandiya və İsveçrə tərəfindən yaradılmış bu təşkilat bütün qitələri əhatə etməklə hazırda 100-dən çox üzv dövlətdən ibarətdir. Yaradılmasının əsas məqsədi icra məmurlarını beynəlxalq müstəvidə təmsil etmək və onların mənafelərinin müdafiəsini təmin etmək, məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək, bu sahədə islahatların aparılmasına dəstək verməkdən ibarətdir.

İcra Məmurlarının Beynəlxalq İttifaqı (UİHJ) Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) müşahidəçi statusuna malikdir, ekspertləri Avropa məkanında üzv dövlətlərdə məhkəmə qərarlarının icrasına dair Avropa standartlarının hazırlanması və tətbiqi sahəsində Komissiyanın işində yaxından iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031