bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 105 milyon ayıracaq

14-06-2022, 21:05 43 dəfə baxılıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 105 milyon ayıracaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə ilan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

“Report” EBRD-yə istinadən xəbər verir ki, kreditin iyulun 20-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.

Bank, xüsusən də “COVID-19” pandemiyasının yaratdığı məhdud likvidliyi nəzərə alaraq və Azərbaycanda bərpa olunan enerji layihəsi üçün ilk özəl maliyyələşdirmə olduğu üçün bu böyük infrastruktur layihəsi üçün yerli bazarda mövcud olmayan şərtlərlə uzunmüddətli maliyyələşdirmə təmin edir.

Borcalan “ACWA Power” tərəfindən Azərbaycanda yaradılan “ACWA Power Azərbaycan Bərpa Olunan Enerji” MMC çıxış edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031