Milli Məclisdə daha bir dostluq qrupu yaradılır
Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.
Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.
Belə ki, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, həmin qrupun rəhbərliyinə deputat Hikmət Məmmədovun namizədliyi irəli sürülür.
Məsələ Milli Məclisin iyunun 17-də keçiriləcək növbədənkənar sessiyasının ilk iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Milli Məclisdə hazırda 82 ölkə ilə parlamentlərarası dostluq qrupu mövcuddur.