İstanbulda Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərinin görüşü olub - FOTO
İyunun 20-də İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında görüş keçirilib.
“Report”un Türkiyə bürosu xəbər verir ki, görüş “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı?” mövzusunda keçirilən Qlobal Parlament Konfransı çərçivəsində baş tutub.
Beynəlxalq konfrans Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə keçirilir və tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.