bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İstanbul mexanizmi çərçivəsində Odessadan üç dəhlizin açılması müzakirə edilir

22-06-2022, 19:00 23 dəfə baxılıb

İstanbul mexanizmi çərçivəsində Odessadan üç dəhlizin açılması müzakirə edilir


Rusiya, Ukrayna, Türkiyə və BMT İstanbul mexanizmi çərçivəsində taxıl ixracı üçün Odessa limanlarından üç təhlükəsiz dəhliz açmaq imkanını nəzərdən keçirirlər.

Bu barədə TASS Ankaradakı mənbəyə istinadla bildirib.

“Birinci mərhələdə Odessanın dörd limanından üç təhlükəsiz dəhlizin açılması imkanları nəzərdən keçirilir”, - mənbədən bildirilib.

Bu dördtərəfli mexanizmin işə düşməsi və Türkiyədə kənd təsərrüfatı məhsullarının tədarükünün başlanması ilə taxıldan hazırlanan məhsulların qiymətlərinin 20-25% ucuzlaşacağı da gözlənilir.

Xatırladaq ki, Moskvada Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Ankara bu danışıqları müsbət və konstruktiv adlandırıb. Türkiyənin Milli Müdafiə Nazirliyi Ukrayna taxılının ixracı ilə bağlı Ankara ilə Moskva arasında məsləhətləşmələrin davam etdirilməsinə qərar verildiyini qeyd edib. O cümlədən yaxın vaxtlarda Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə taxıl problemi ilə bağlı toplantının keçirilməsinin planlaşdırıldığı bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930