Yenidən COVID-lə üz-üzə: Əvvəlki günlər qayıdır
Son günlər dünyada koronavirus xəstəliyinə yoluxma hallarında artım müşahidə edilir. Bir müddət öncə yoluxma sayının kəskin azalması səbəbindən pandemiyanın başa çatdığı zənn edilsə də, COVID təhlükəsi yenidən bütün ölkələri narahat etməyə başlayıb.
Rəsmi statistikaya əsasən, təkcə son bir həftə ərzində dünyada 3,2 milyondan çox insan koronavirusa yoluxub. Bundan əlavə, beş həftəlik azalmadan sonra ölüm hallarının da sayı yenidən artmaqdadır.
BizimLider.com xarici KİV-ə istinadən xəbər verir ki, bir həftədə 8700-dən çox ölüm qeydə alınıb, bu da əvvəlki həftə ilə müqayisədə 4% artım deməkdir.
Yeni yoluxmaların artması bir çox ölkələri əks-tədbirlər görməyə vadar edir. Artıq bəzi yerlərdə yenidən məhdudiyyətlərin tətbiq edilməsinə qərar verilib.