Pərviz Şahbazov Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışında iştirak edəcək
Azərbaycanın energetika naziri Pərviz Şahbazov sabah Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) Yunanıstanın Komotini şəhərində baş tutacaq açılışında iştirak edəcək.
Bunu BizimLider.com “APA-Economics”ə istinadən xəbər verir energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
Onun sözlərinə görə, nazirin Yunanıstana səfəri bu gün başlayır.
Zəminə Əliyeva onu da əlavə etdi ki, IGB açılış mərasimi kəmərin kommersiya fəaliyyətinin başlanması demək deyil, kommersiya fəaliyyətinin başlanılması vaxtı hələ ki, bəlli deyil .
Xatırladaq ki, IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
#
Emil İsmayılov