Neftin bahalaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,67% artaraq 1 barelə görə 105,35 dollar təşkil edib.
BizimLider.com "APA-Economics"ə istinadən xəbər verir. "APA-Economics"ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,26% artaraq 103 dollar təşkil edib.