Erməni deputat: “Səfərbərliyə ehtiyac ola bilər”
“Səfərbərliyə ehtiyac ola bilər”.
Bu barədə müxalifətçi deputat, “Mənim şərəfim var” fraksiyasının nümayəndəsi Tiqran Abramyan bildirib. Erməni deputat sərhəddə eskalasiya ilə bağlı fikirlərini açıqlayıb.
O qeyd edib ki, səfərbərliyə ehtiyac ola bilər. Lakin bu, 44 günlük müharibə zamanı olduğu kimi həyata keçirilməməlidir.
“Bu dəfə yeni birləşmələr yaratmaq yox, hərbi hissə və bölmələri artırmaq lazımdır”, - deyə Abramyan bildirib.