bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ÜST: “Koronavirusdan ölənlərin sayı ən aşağı həddə düşüb”

15-09-2022, 18:08 21 dəfə baxılıb

ÜST: “Koronavirusdan ölənlərin sayı ən aşağı həddə düşüb”
Dünyada COVID-19-dan ölənlərin sayı ötən həftə 2020-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

Bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, bəyan edib ki, son bir həftə ərzində dünyada koronavirusa yoluxma halları 28% azalıb.

“Son bir həftə ərzində dünyada 3,1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 11 minə yaxın insan dünyasını dəyişib. Yoluxmaların sayı əvvəlki yeddi günlə müqayisədə 28%, ölənlərin sayı isə 22% azalıb”, - deyə ÜST rəhbəri vurğulayıb.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30