bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Şəhid Nicat Qarazadənin atası: “Heç vaxt mənə sözünü deməzdi, hərbi sirdir deyib susardı”

17-09-2022, 14:00 37 dəfə baxılıb

Şəhid Nicat Qarazadənin atası: “Heç vaxt mənə sözünü deməzdi, hərbi sirdir deyib susardı”
“Nicat vətənpərvər uşaq idi. 44 günlük Vətən müharibəsində könüllü adını yazdırmışdı”.

Bu sözləri Oxu.Az-a şəhid Nicat Qarazadənin atası Malik Qarayev deyib.

Onun sözlərinə görə, oğlu xüsusi təyinatlı qüvvələrdə xidmət etmək üçün müraciət etmişdi:

“Oğlum çox sakit oğlan idi. Vətənpərvər idi. Heç vaxt mənə sözünü deməzdi. Ata hərbi sirdir deyib susardı. İki dəfə soruşmuşdum ki, hansı tərəfdəsən, deyirdi hər şey yaxşıdır”.

Atası deyir ki, oğlu ilə sonuncu dəfə sentyabrın 11-də danışıb:

“Özü XTQ-yə yazdırmışdı adını. Deyirdi heç nəyə qulaq asma yalan danışırlar. Hər şey yaxşıdı. Şəhadət xəbərini mənə demədilər. Yalandan dedilər yaralıdır. Dayısı da hərbçi idi soruşdum dedi ki, Malik nə deyə bilərəm, başın sağ olsun. Bildim ki, şəhid olub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930