bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Erməni əsgərin atası: “Məzardan oğlumun külünü də götürüb, ölkədən gedəcəyəm”

21-09-2022, 22:24 22 dəfə baxılıb

Erməni əsgərin atası: “Məzardan oğlumun külünü də götürüb, ölkədən gedəcəyəm”



Ermənistanda “Yerablur” hərbi məzarlığında yeni qəbirlər qazılır və rəsmi şəxslər məzarlığı ziyarət edir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu müharibədə ölən Jora Martirosyanın anası Qayane Akopyan deyib.

O, gecədən bəri məzarlıqda keşik çəkən əsgər yaxınlarının Baş nazir Nikol Paşinyanı məzarlığa buraxmaq niyyətinin olmadığını, lakin polisin müdaxiləsindən sonra ölən əsgərlərin yaxınlarının ərazidən uzaqlaşdırıldığını deyib.

“Bir qadına qarşı 4 polis gəlirdi. Siz təsəvvür edirsiniz ki, polis bizi ərazidən çıxarmaq üçün sürüyürdü”, - o bildirib.

Ölən Mxitar Qaleyanın atası Qarik Qaleyan isə polisə tabe olmadığı üçün bölməyə aparıldığını söyləyib: “Deyirlər ki, onlara tabe olmamışıq və ərazini tərk etməmişik. Yaxşı, kişiləri aparırdınız, bəs anaları niyə tuturdunuz. Ölən əsgərlərin valideynlərinə münasibət belədirsə, onda övladımın məzarını ekshumasiya edərək külünü götürüb ölkədən gedəcəyəm”.

Ermənistan polisi ümumilikdə, 37 nəfərin bölməyə aparıldığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930