bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zelenskinin BMT-dən istəyi: “Rusiyanın cəzası “sülh formulu”nun bir hissəsi olmalıdır”

22-09-2022, 14:18 18 dəfə baxılıb

Zelenskinin BMT-dən istəyi: “Rusiyanın cəzası “sülh formulu”nun bir hissəsi olmalıdır”



Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının sessiyasında görüntülü çıxış edib.

O, çıxışında Rusiyanı dünya təşkilatının Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.

“Nə qədər ki, təcavüzkar ölkə beynəlxalq təşkilatlarda qərarların qəbulu prosesində iştirak edir, o, ən azından, təcavüz davam etdiyi müddətdə təcrid olunmalıdır. BMT Təhlükəsizlik Şurasının üzvü olduğu halda onu səsvermə hüququndan, nümayəndə heyətləri göndərmək hüququndan, veto hüququndan məhrum etmək lazımdır”, - deyə Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, Rusiyanın cəzası “sülh formulu”nun bir hissəsi olmalıdır. Bu formul beynəlxalq təşkilatlarda təcridlə yanaşı, müxtəlif sanksiyaları, ticarətin bloklanmasını və dəymiş ziyanın ödənilməsini nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30