27 sentyabrda bütün vəkil qurumları tərəfindən şəhid ailələri və qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən, şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qərara alınıb.
Həmin qərarın icrası ilə bağlı olaraq mütəmadi olaraq şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilir.
Həmçinin, Vəkillər Kollegiyası tərəfindən 27 Sentyabr - Anım Günü münasibəti ilə ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən şəhid ailələri üzvlərinə və müharibə qazilərinə ödənişsiz hüquqi yardım göstəriləcək.
Aksiya ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən həyata keçiriləcək. Ödənişsiz hüquqi yardım almaq istəyən şəhid ailələri üzvləri və müharibə qaziləri 27 sentyabr 2022-ci il tarixdə saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).