Yerə yaxınlaşan asteroid aşkar edilib
Rusiya Elmlər Akademiyasının Keldış Tətbiqi Riyaziyyat İnstitutu alimləri Yerə yaxınlaşan asteroid aşkar ediblər.
2022 SE37 adı verilən obyekt Rusiyanın iki rəsədxanası tərəfindən qeydə alınıb. Mütəxəssislərin fikrincə, asteroidin diametri 0,5 kilometrdir. O, Günəş ətrafında 3,44 il ərzində uzunsov orbit üzrə fırlanır.
Bununla belə, o, yaxın gələcəkdə planetimiz üçün təhlükə yaratmır.