bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Magistraturaya qəbul imtahanlarına dəyişiklik ediləcək

4-10-2022, 18:00 54 dəfə baxılıb

Magistraturaya qəbul imtahanlarına dəyişiklik ediləcək




Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tәdris ili üçün Azərbaycan Respublikasının ali tәhsil müәssisәlәrinin və AMEA-nın magistraturalarına qәbul olunmağa hazırlaşan bakalavrlara müraciət edib.

DİM-dən verilən xəbərə görə, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Bildirilib ki, xarici dillər üzrə mövcud proqramlarda xarici dillərin tədrisinin əsas məzmunu dil və nitq sahəsində bilik və bacarıqların formalaşdırılması, nitq fəaliyyətinin bütün formaları (eşidib-anlama, oxuyub-anlama, danışıq və yazı bloku) üzrə kompleks şəkildə tədrisi, xarici dil təliminin həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nitq vərdişlərinə çevrilməsi istiqamətinə yönəldilir. Mövcud imtahan modeli bakalavrların xarici dil üzrə eşidib-anlama, oxuyub-anlama, qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarını özündə ehtiva edir.

Qeyd edilib ki, 2023-cü ildən etibarən imtahanlarda bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur. İmtahan verənlər yeni model test tapşırıqları ilə yaxın vaxtlarda çap olunacaq “Magistr №2” jurnalında tanış ola biləcəklər.

Eyni zamanda, 2024-cü ildən etibarən isə magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031